Mövhumatçıların problemi, dinlərini xurafatlardan öyrənmələridir. Mövhumatçılarin dininə görə musəvilər və xristianlar Mövhumatçılarin xüsusilə müharibə və qadın mövzusunda gördüyümüz ürküdücü məntiqlərini, Kitab əhlinə, yəni musəvi və xristianlara olan baxış prizmalarında da görmək mümkündür. İllərlə xüsusən xristian və musəvilərə qarşı şiddətli düşmənçilik bəsləmiş müsəlmanların beyinləri, əlbəttə ki, saxta hədislərə zəhərlənmişdir. Peyğəmbərimiz (s.ə.v)-in sözləri olduğu deyilən bu saxta hədislərdən ötrü müsəlmanlar, Quranda təriflənmiş əməlisaleh musəvilərə və xristianlara məhəl qoymamış, musəvi və xristianların müsəlmanlar tərəfindən himayə olunmasının lazım olduğu həqiqətindən sanki xəbərsiz yaşamışdırlar. Bu yanlış düşüncədən ötrü də, səmimi xristian və musəvilərdən bəhs olunan Quran ayələrini belə inkar etməyə başlamışdırlar. Quran ayələrini inkar etmək isə, İslama görə dindən çıxmaq deməkdir ki, həmin bu insanlar buna belə laqeyd yanaşmışdırlar. Bu fəsildə mövhumatçılar və bəzi İslam əleyhdarlarının, İslamda Kitab əhli düşmənçiliyinə dəlil kimi göstərməyə çalışdıqları Quran ayələrinin gerçək mənaları açıqlanacaq və tarix boyu təşviq edilən musəvi və xristian əleyhdarlığının əsil səbəbi olan saxta hədislərin yanlışlığı izah ediləcək. Bu əhəmiyyətli həqiqəti əvvəlcədən xatırlatmaq lazımdır: Xristianlıq və Musəvilik, İslamdan əvvəl göndərilmiş haqq dinlərdir və müsəlmanlar Qurana görə bütün haqq dinləri və haqq peyğəmbərləri qəbul etməklə məsuldurlar. Ayədə belə bildirilir: Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136) Şübhəsiz ki, bu haqq dinlər də, öz içlərində ortaya çıxan mövhumatçı məntiqlər nəticəsində zaman keçdikcə yanlış izah olunmuş və bu təhrif kitablarında belə əks olunmuşdur. Ancaq biz qiyamətə qədər dəyişməyəcək Qurana baxdığımız vaxt, xristianlıq və musəvilik dinlərinin ilk və əsil hallarına iman etməli olduğumuzu anlayar və buna görə hərəkət edərik. Bu ayəyə və Quranda Kitab əhlinin tərifləndiyi bir çox ayəyə baxmayaraq, xristian və musəvilərə qarşı ürküdücü həddə çatan düşmənçilik siyasəti yürüdən bəzi müsəlman icmalar, əlbəttə ki, uydurulmuş mövhumatçılıq dininin mənsubudurlar, Quran müsəlmanlığının deyil. Bəziləri bilə-bilə bu səhvliyə yol verər, bəziləri də bilməyərək. Bu kitabın məqsədi, bu səhvə yol verənləri xəbərdar etmək, mövhumatçılığı İslam zənn edən bəzi İslam əleyhdarlarına da qarşı çıxdıqları dinin əslində İslam olmadığını göstərməkdir. Mövhumatçılarin bütün iddialarının əksinə Quran, Kitab Əhlinə düşmənçilik bəsləməyi lənətləyərək onlara sevgi bəsləməyi nəsihət edir. İndi bunun dəlillərini görək:
Musəvi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar Xüsusilə Kitab Əhlindən olan musəvilər, bəzi müsəlmanların niyə illərlə özlərinə düşmənçilik bəslədiklərini anlaya bilmədilər. Əsasən Quranda belə bir hökmün olduğunu və həmin bu müsəlmanların bunun əsasında hərəkət etdiyini zənn etdilər. Məhz bundan ötrü də, bəziləri daim İslam dinini günahlandırdı. Quranın, musəviləri özünə düşmən tutan insanları lənətlədiyi həqiqətindən xəbərsiz oldular. Musəvilərin özlərinə edilən isnadlarda qarşılaşdıqları iki əhəmiyyətli iddia var: Lənətləndikləri və meymunlar və donuzlar yaraşdırmasının edilməsi iddiaları (musəvi qardaşlarımızı tənzih edirik). Mövhumatçılar bu iddialarını öz aləmlərində Qurana istinad edirlər. İndi bu iddiaların əsassızlığını və gerçək mahiyyətini Qurandan ayələr verməklə açıqlayaq:
“Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm Quranda Kitab Əhli xüsusi yerə malikdir. Allah səmimi musəvi və xristianları tərifləmiş, onları axirətdə mükafatlandıracağını bildirmişdir. Bütün Kitab Əhli müsəlmanlara əmanət edilmişdir. Bu, müsəlmanların duymalı olduqları şəfqət və sevgi hisslərini ifadə edir, Kitab Əhlinin himayəyə möhtac olduğunu deyil. Bəzi mövhumatçılar xüsusilə musəvilərə bəslədikləri düşmənçilik hissindən ötrü, bəzi Quran ayələrini də öz aləmlərində dəlil kimi gətirməyə çalışırlar. Bu, bəzi Qərbli İslam əleyhdarlarının əlində olan ən böyük fürsətdir. Bu insanlar öz aləmlərində Qurandan ayələr göstərərək, musəvilərin lənətləndiklərini, "meymunlara və donuzlara" bənzədildiklərini söyləyərək musəvi düşmənçiliyini gücləndirmişdirlər. Halbuki Qurana baxdığımız vaxt, lənətlənən və heyvanlara bənzədilən insanların, musəvilər arasından çıxmış, ikiüzlü və təcavüzkar müşriklər olduğunu görürük. Bu mövzuyla əlaqədar Quran ayələrini təhlil edək: Maidə surəsinin 60-cı ayəsində Allahın "meymunlara və donuzlara" döndərdiyi bir cəmiyyətdən bəhs olunur. Əvvəlki ayələrə baxıldıqda bu insanların, "özlərinə kitab verilənlər", yəni xristian və musəvilər arasından çıxan bir cəmiyyət olduğu aydın olar:
Maidə surəsinin 60-cı ayəsinin təhlili Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost (vəli) tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun. (Maidə surəsi, 57) Siz bir-birinizi namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır. (Maidə surəsi, 58) De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Bu, Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, axirətdə yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!” (Maidə surəsi, 60) Bu ayələrdəki Kitab Əhlinin arasından çıxmış bir cəmiyyətə xitab olunur. Lakin bu cəmiyyətin xüsusiyyəti; fasiqlik etmiş, "özünə qadağan olunan şeyi etməkdə israr edib üsyan qaldırmış", dini məsxərəyə qoymuş "inkarçı" bir cəmiyyət olmasıdır. Kitab Əhli sözü, yalnız bu ikiüzlü insanların hansı cəmiyyət içindən çıxdığını bildirmək üçün işlədilmişdir. Maidə surəsinin 60-cı ayəsindən əvvəlki ayələrə baxdığımız vaxt, bütün bu qeyd olunanları görə bilərik. 57-ci ayədə; "sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost (vəli) tutmayın" ifadəsiylə "sizdən əvvəl", yəni müsəlmanlardan əvvəl, "Kitab verilənlərdən", yəni musəvi və xristianlardan inkarçı olan və dini ələ salıb oyun-oyuncaq hesab edən insanlardan bəhs edilir. Bunu yenidən qeyd edək ki, burada musəvi və xristianlardan deyil, onların arasından çıxmış dinsiz, yəni inkarçı, eləcə də, təcavüzkar və məsxərəçi olan ikiüzlü bir cəmiyyətdən bəhs edilir. Belə bir cəmiyyət yalnız müsəlmanlar üçün deyil, musəvi və xristianlar üçün də böyük təhdid və bəladır. Burada və növbəti sətirlərdə qeyd etdiyimiz bu tərcümədəki bütün ayələrdə qeyd olunan inkarçı sözünün səhv başa düşülməməsi üçün, bunu xüsusi vurğulamalıyıq: Bir insan bir dinə inana və ya inanmaya bilər. Bu mövzuda sərbəstdir və buna öz vicdanı ilə qərar verə bilər. Bir dindar, dini qəbul etməyən bir insana öz fikirlərini qətiyyən zorla qəbul etdirə bilməz. Bu, Quranda qadağan edilmişdir. Hətta daha əvvəlki başlıqlar altında gördüyümüz kimi, bir müsəlmana inkarçı bir insanı belə canı bahasına qorumaq vəzifəsi verilmişdir. Lakin həmin bu inkarçı dini ələ salıb oyun-oyuncaq hesab edər, dolayısilə dindarlara və onların dəyərlərinə zərər verməyə çalışarsa, hörmət və şəfqətlə yanaşmayıb düşməncəsinə davranarsa, hətta təcavüzkarlaşarsa məhz bu zaman günah işləmiş olar. Diqqət yetirilsə, buradakı ayələrdə bəhs edilən inkarçılar həmin bu xüsusiyyətlərə sahib, həddi aşmış insanlardır. Dindarlara problem çıxartmaları və ikiüzlülük etmələrindən ötrü, Allah bu insanları meymun və donuzlara bənzədərək alçaldır.
Təriflənən musəvilər
Göründüyü kimi Maidə surəsinin 60-cı ayəsindən əvvəlki ayələrə nəzər yetirildikdə alçaldılan bu cəmiyyətin hansı xüsusiyyətlərə sahib olduğu başa düşülür. Sonrakı ayələrə nəzər yetirildikdə isə həqiqi musəvi və xristianların Qurana görə xüsusiyyətləri ortaya çıxır: İman gətirənlərin, habelə musəvi, sabii və xristianlardan Allaha və Axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Maidə surəsi, 69) Bu ayədə bir müjdə var və bu müjdə Allaha iman gətirən və yaxşı işlər görən musəvilər və xristianlara verilir. Buna görə də Allah, musəvilərdən və xristianlardan Özünə sidq ürəkdən iman gətirən və səmimi olanlara heç vaxt qorxu yaşatmayacağını müjdələyir. Bu onlara verilmiş cənnət müjdəsidir. Çünki Allah heç vaxt kədərlənməyəcəklərinə dair söz vermişdir. Allah, onların yerini üstün tutmuşdur. Allah, onlara olan sevgisini ifadə edir.
Əraf surəsinin 166-cı ayəsinin təhlili Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü üçün qoyulmuş qadağanı pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq. (Əraf surəsi, 163) O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “Bu, Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar çəkinsinlər!” (Əraf surəsi, 164) Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik, zülm edənləri isə günah işlədiklərinə görə dəhşətli bir əzabla yaxaladıq. (Əraf surəsi, 165) Özlərinə qoyulan qadağanı pozmaqda israr edib üsyan etdikləri vaxt, Biz onlara: “Mənfur meymunlar olun!” dedik. (Əraf surəsi, 166) Əraf surəsinin 166-cı ayəsindən əvvəlki ayələrə baxdığımız vaxt, bilavasitə İsrailoğullarına xitab olunduğunu görərik. İsrailoğullarının, yəni musəvilərin arasından çıxan bir cəmiyyət şənbə günü üçün qoyulan qadağanı pozur, özlərinə din adından edilən xatırlatmaları unudub bunlara əhəmiyyət vermir və özlərinə qadağan edilən şeyi etməkdə israr edib üsyan qaldırırdılar. Bundan ötrü də, bu insanlar bilavasitə "öz dinlərini" inkar edirdilər. Bunlar musəvilər arasından çıxmış və söz eşitməyən bir cəmiyyətdilər. Bu ayələrə baxıldıqda, bir tərəfdə səmimi musəvilərin digər bir tərəfdə isə, bu musəvilər arasında olub da söz eşitməyən inkarçı bir cəmiyyətin varlığı diqqət çəkir. Məsələn, 164-cü ayədə söz eşitməyən bu cəmiyyəti qətiyyətlə xəbərdar edib haqqa çağıran musəvilərin olduğu görülür. Məqsədləri isə, onları doğru yola yönəltmək və "ola bilsin ki, çəkinmələrini" təmin etməkdir. 165-ci ayədə isə pis əməlləri qadağan edən bu səmimi cəmiyyətin nicat tapdığı bildirilir. Alçaldılanlar, söz eşitməyən və səmimi musəvilərə problem çıxardan inkarçılar olmuşdur. Allah Əraf surəsinin 159-cu ayəsində, tamamilə dürüst olan bu musəviləri belə tərifləmişdir: Musanın qövmündən elə bir camaat vardır ki, insanları haqqa yönəldir və onun sayəsində ədalətlə hökm verirlər. (Əraf surəsi, 159) Allah, Musanın qövmündən, yəni musəvilərdən haqqa yönəldən və ədalətlə hökm verən cəmiyyəti bu gözəl davranışından ötrü tərifləyir. Allahın bu ayəni endirməsinə çox böyük hikmətlər var. Bir müsəlmanın səmimi musəvilərə baxış prizmasının necə olmalı olduğunu bu və digər ayələr mükəmməl şəkildə izah edir.
Bəqərə surəsinin 65-ci ayəsinin təhlili Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üstünə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəki (hökm)ləri yada salın ki, bəlkə çəkinəsiniz!” (Bəqərə surəsi, 63) Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız. (Bəqərə surəsi, 64) Siz artıq içərinizdən şənbə günü qadağanı pozanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!” dedik. (Bəqərə surəsi, 65) Məlum olduğu kimi, şənbə günü qadağası (səbt) musəvilərə məxsus bir qadağadır. Dolayısilə buradan ayədəki cəmiyyətin musəvilərin arasından çıxan insanlar olduğunu anlayırıq. Bu ayədən əvvəlki Quran ayələrində, səhrada olduqları müddətdə hz. Musa (ə.s)-a problem çıxardanlardan bəhs edilir və buradakı təsvir Tövratdakı təsvirin bənzəridir. Hz. Musa (ə.s)-a xeyli problem çıxartmış bu cəmiyyətin etdikləri bildirildikdən sonra həmin bu inkarçı cəmiyyətdən "Tövrat hökmlərini daim xatırlayıb buna uyğun hərəkət etmələrinə" dair əhd alındığı bildirilir, lakin buna baxmayaraq, bu cəmiyyət verdiyi bu əhdi pozmuşdur. Şənbə günü qadağasını pozan, yəni Tövratın hökmünə qarşı çıxan bu cəmiyyət Allah tərəfindən alçaldılmışdır. Aydın olduğu kimi bu insanlar, özlərindən əhd alınmasına baxmayaraq, Tövrata tabe olmayan insanlardır. Yəni musəvilər deyil, inkarçıdırlar. Necə ki, çəkinmədən şənbə günü qadağası pozmaları da bunu təsdiqləyir. Bu insanların xüsusiyyəti, inkarçı olmalarıyla yanaşı, daim hz. Musa (ə.s)-a və səmimi musəvilərə problem çıxartmış olmalarıdır. Bundan ötrü də, alçaldılmağa layiq görülmüşdürlər. Burada diqqətçəkən başqa bir mühüm həqiqət isə, 62-ci ayədə, yenə səmimi musəvi və xristianların tərfilənmələri və axirətlə müjdələnmələridir: Şübhəsiz ki, iman gətirənlərin, musəvi, xristian və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62) Göründüyü kimi, səmimi musəvi və xristianlar Quranda tərifə layiq görülmüşdürlər. Allahın sevdiyi kəsləri, müsəlmanlar da sevər. Onsuz da bu həm bir məsuliyyət, həm də qəlbdə yaranan təbii və vicdani bir hissdir. Məhz bundan ötrü də, Allahın Quranda bir çox dəfə təkrarlanan bu ayələrinin tələbindən ötrü müsəlmanlar; musəvi və xristianları sevməli, qorumalı və onlara şəfqətlə yanaşmalıdırlar. Açıq şəkildə görüldüyü kimi, Allah bu ayələri vasitəsilə səmimi xristian və musəvilərlə, səmimi müsəlmanlar arasında fərq qoymadığını göstərir. Bu ayə, Kitab Əhlinə qarşı bütün düşmənçilikləri tamamilə ortadan qaldırır.
“Musəvilərin lənətlənmiş olduğu” aldanması Əvvəla; "bütün musəvilər lənətlənmişdir" kimi bir yaraşdırma, Allahın ədalətinə və yaratdığı dinə qətiyyən uyğun gəlməyən bir ifadədir. Birincisi, musəvilik haqq bir dindir və müsəlmanların da peyğəmbəri olan hz. Musa (ə.s)-a endirilmişdir. Allah Quranda, Musəviliyin və musəvilərin olduğunu bildirir, səmimi musəviləri tərifləyir və Quranın hökmünə görə müsəlmanları, bütün kitab əhlini sevməklə və onları qorumaqla məsul tutur. Bəzi Quran ayələrində bilavasitə musəvilərə və Kitab Əhlinə xitab edilir. Buna görə də, musəvilər və xristianlardan da Quran oxuyanlar və Qurandan öyüd-nəsihət alanlar vardır. Halbuki bir mövhumatçıya görə, bir musəvinin əlində Quran tutmasını təsəvvür belə etmək olmaz. İkincisi isə, bütün insanlar bu dünyaya imtahan olunmaq üçün gəlmişdirlər. İmtihanlarının nəticəsinə görə axirətdəki mövqeləri müəyyənləşir. Allah dünya həyatının imtahan mühiti olduğunu ayəsində belə xəbər verir: Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, üstün və güclüdür, çox bağışlayandır. (Mülk surəsi, 2) Dolayısilə müsəlmanlar da imtahan olunur, musəvilər də. Bir musəvi ailəsində doğulmuş dünyadan xəbərsiz bir uşağın lənətli olduğunu iddia etmək, Allahın ədalətinə qəti şəkildə ziddir. Nədən olmasından asılı olmayaraq, hələ imtahan olunmamış bir uşağın lənətli olduğunu düşünmək, Allahdan belə ədalətsizlik gözləmək (Allahı tənzih edirik), Allahın ədalətini, şəfqətini, mərhəmətini anlamamaq deməkdir. Lakin; "musəvilər lənətlənmişdir" iddiasıyla ortaya çıxanlar, kiçik-böyük demədən bu azğın məntiqi bütün musəvilərə qarşı işlədirlər. Bəs mövhumatçılar; "musəvilər lənətlənmişdir" iddiasına Qurandan necə dəlil gətirməyə çalışırlar?
Bəqərə surəsinin 88-ci ayəsinin təhlili Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz inkar etdiklərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar. (Bəqərə surəsi, 88) Əvvəlki ayələrə baxdıqda, burada hz. Musa (ə.s)-ın qövmündən, yəni musəvilər arasından çıxmış bir cəmiyyətə xitab olunduğu aydın olur. Buradakı cəmiyyətin lənətlənmə səbəbi isə, ayədə çox açıq şəkildə ifadə edilmişdir: "İnkar etdiklərinə görə". Buradakı cəmiyyət, musəviliyə xəyanət etmiş və əvvəlki ayələrdən də aydın olduğu kimi, peyğəmbərləri belə öldürəcək qədər azğınlaşmış inkarçı bir cəmiyyətdir. Quranda necə müsəlman cəmiyyətlər arasından çıxan təcavüzkar inkarçılar lənətlənmişdirsə, eynilə musəvilər arasından çıxan təcavüzkar inkarçılar da lənətlənmişdir. Dolayasilə ayəyə görə lənətlənənlər üsyankar inkarçılardır, musəvilər və ya müsəlmanlar deyil.
Nisa surəsinin 155-ci ayəsinin təhlili Biz onlarla bağladığımız əhdə görə Tur dağını başları üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!” dedik. Biz onlara: “Şənbə günü üçün qoyulmuş qadağanı pozmayın!” dedik. Beləliklə onlarla möhkəm bir əhd-peyman bağladıq. (Nisa surəsi, 154) Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!” demələrinə görə lənətə düçar edildilər. Xeyr, inkar etmələri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onların yalnız az bir hissəsi iman gətirir. (Nisa surəsi, 155) Əvvəlki ayələrdə Kitab əhlindən olan inkarçı bir cəmiyyət təsvir edilir və etdikləri bütün azğınlıqlara baxmayaraq, Allah tərəfindən bağışlanan bu cəmiyyətdən alınan əhd-peyman isə, Nisa surəsinin 154-ci ayəsində qeyd olunur. Nisa surəsinin 155-ci ayəsində isə, bu cəmiyyətin bağladıqları əhd-peymanı pozduqları, inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri bildirilir. Lənətlənmə səbəbləri məhz bunlardır. Bu ayələrdən sonrakı ayələrdə, yenə musəvilərdən bəhs edilir və Allah, musəvilərdən olan kafirləri və dərin iman sahiblərini ayrı tutur: Lakin onlardan (musəvilərdən) elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olana inanır, dosdoğru namaz qılır, zəkat verir, Allaha və Axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 162) Musəvilərdən kafir olub da, azğınlıq edənlər barədə fərqli hökm verilmişdir. Eynilə müsəlmanlar arasındakı kafir və azğınlar barədə fərqli hökm verilməsi kimi. Lakin Allah, ayədə açıq şəkildə səmimi musəviləri ayrı tutmuşdur və onlara "böyük mükafat verəcəyini" bildirmişdir. Allahın mükafatlandıracağını bildirdiyi, cənnətlə müjdələdiyi və təriflədiyi musəvi bir cəmiyyətin lənətli olduğunu kim və necə deyə bilər? Allah onları təriflədiyi halda, bir insan ortaya çıxıb da; "bütün musəvilər lənətlənmişdir, onların hamısını öldürmək lazımdır" iddiasıyla necə çıxış edə bilər? Məhz mövhumatçılarin problemi, Allahı lazımınca qiymətləndirə bilməmələri, Quranı başa düşməmələri və sonrakı sətirlərdə nəzərdən keçirəcəyimiz mövzuyla əlaqədar uydurma hədislərin tələsinə düşmüş olmalarıdır. Burada mühüm bir məsələyə yenidən diqqət çəkək: Bir insan inkarçı ola bilər, lakin münafiq olmadığı, dindar insanlara problem çıxartmadığı, hörmətkar və dürüst həyat yaşadığı müddətcə daim müsəlmanların himayəsi altında olar. Bu yenə Quranın hökmüylə müsəlmanlara yüklənmiş məsuliyyətdir. Lakin bəhs olunan ayələrdə lənətlənənlər, içində yaşadıqları dindar cəmiyyətə xəyanət etmiş, yəni münafiqlik etmiş, hətta peyğəmbərləri öldürmüş azğın kəslərdir. Allah, peyğəmbərləri öldürmələrini lənətlənmə səbəbi olaraq görmüş, həmçinin onları "əhdlərini pozan", yəni ikiüzlü şəkildə münafiqlik edərək iman edənlərə arxadan zərbə vuran bir cəmiyyət olaraq xarakterizə etmişdir. Bu insanlar hz. Musa (ə.s) və dindar musəvilər üçün də, təhdid meydana gətirmişdirlər. Yəni bu inkarçı insanlar, musəvilər arasından çıxdıqları və ya yalnız inkar etdikləri üçün deyil, günah işlədikləri üçün, Allah qatında lənətlənmişdirlər. Aradakı bu fərq çox yaxşı başa düşülməlidir.
“Musəvi və xristianları dost tutmama” aldanması Ümumiyyətlə mövhumatçılar və bəzi Qərbli İslam əleyhdarları tərəfindən musəvi və xristianlar əleyhinə dəlil kimi göstərilməyə çalışılan Quran ayələrindən biri Maidə surəsindədir: Ey iman gətirənlər! Musəvi və xristianları dostlar (vəlilər) tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım insanları doğru yola yönəltməz. (Maidə surəsi, 51) Ayədə "dost" sözü iki dəfə keçir. "Musəvi və xristianları dostlar (vəlilər) tutmayın" ifadəsində keçən və "dostlar" şəklində tərcümə olunan sözün ərəbcəsi "evliyau"dur. Bu sözün əsil mənaları; "himayəçilər, qanun çərçivəsində məsul şəxslər, övliyalar, əfəndilər, sahiblər və maliklər" sözləridir. "Sizlərdən kim onları özünə dost tutarsa" ifadəsində keçən və yenə "dost" şəklində tərcümə olunan sözün ərəbcəsi isə "yetevellehum"dur. Bu sözün mənası isə; "baxımını boynuna götürər, hakim mövqeyə keçər, hakimiyyəti ələ alar" şəklindədir. Ərəbcə mənasına baxdığımız vaxt, bu ayədə keçən "dost" sözlərinin əslində "rəhbər" mənasını verdiyini asanlıqla anlaya bilərik. Burada müsəlmanlara musəvi və xristianların hakimiyyəti və rəhbərliyi altına girmələri qadağan edilir. (Prof. Dr. Bayraktar Bayraklı, Quran tərcüməsi) Buradakı hikməti anlamaq isə çətin deyil. Bütün dinlər eyni tövhid inancına və eyni təməllərə söykənsə də, hər birinin özünəməxsus ibadət formaları və hökmləri var. Dolayısilə musəvilər və ya xristianların rəhbərliyi altındakı müsəlmanların öz ibadət və hökmlərini tətbiq etməkdə çətinlik çəkmə ehtimalları olduqca yüksəkdir. Belə çətinliyin yaranmaması üçün, ayədə belə bir hökm verilmişdir.
Yanlış bilinən başqa bir anlayış: Takiyə Takiyə, "qorunmaq, gizlənmək" mənalarını verən bir sözdür. Quranda bu ifadə bir ayədə belə qeyd olunur: Qəlbi imanla sabit qaldığı halda, təzyiqə məruz qalanlar istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar..." (Nəhl surəsi, 106) Bu ayədə xüsusi bir vəziyyət təsvir edilir: Burada imanlı olmasına baxmayaraq, təzyiq altında olan birindən bəhs edilir və olduğu çətin vəziyyətdən xilas olmaq üçün, müvəqqəti olaraq Allahı inkar etdiyini söyləməsi və ya imanını gizlətməsindən söhbət gedir. Qurana görə takiyənin yeganə mənası budur. Halbuki takiyə anlayışı, həm hazırda bəzi mövhumatçı İslam anlayışına sahib insanlar tərəfindən fərqli tətbiq edilir, həm də bəzi İslam əleyhdarları tərəfindən səhv başa düşülür. Mövhumatçı İslam anlayışına sahib bəzi insanlar, takiyəni, bütün həyatlarına hakim olması lazım olan ikiüzlülük metodu olaraq istifadə etməyə təşəbbüs edir, heç bir həyati təhlükə olmadığı vəziyyətlərdə belə, İslamdan kənar tətbiqləri rahatlıqla icra edə bilir və saxta hədislər nəticəsində düşmən hesab etdikləri şəxslərə rol xatirinə dostmuş kimi davranırlar. Bəzi İslam əleyhdarları və ya radikallardan ötrü, İslama şübhəylə yanaşanlar isə, bunu bütün müsəlmanlara aid edib, heç bir müsəlmanın sülh və sevgi barəsindəki sözünə inanmamağın lazım olduğunu, son və böyük müharibə üçün hamısının rol oynadığını iddia edirlər. Onlar, həmin bu müsəlmanlar tərəfindən Quranda qeyd olunan takiyənin belə tətbiq olunduğunu və əslində müharibəni səbirsizliklə gözləyən müsəlmanların rol xatirinə sülh və sevgi nümayəndəsi kimi davrandıqlarını irəli sürürlər. Dolayısilə bu insanlara görə, sevgi və sülhdən danışan hər müsəlman əslində yalan danışır. Əlbəttə ki, burada hər iki tərəfin də üzləşdiyi ən böyük problem Qurandan xəbərsiz olmalarıdır. Əvvəlcə Quranda qeyd olunan takiyə sözündə mühüm bir şərt var: "Qəlbi imanla sabit qaldığı halda təzyiqə məruz qalanlar istisna olmaqla"... Ayədə bildirilən takiyə üçün şərt, insanın təzyiq və ya təhdid altında, yəni çətin vəziyyətdə qalmasıdır və təzyiqdən qurtulmaq üçün imanını gizlətməsidir; düşmənçiliyini deyil. Uca Allah Quranda Firon ailəsindən olub imanını gizlədən bir insanı xəbər verir: Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir insanı: “Rəbbim Allahdır!” dediyinə görə öldürəcəksinizmi?..." (Mümin surəsi, 28) İmanını gizlədən bu insan açıq təhlükə içindədir. Firon kimi dövrün ən zalım hökmdarının yanında yaşayır və ölüm təhdidi altında olmasından ötrü imanını gizlədir, yəni takiyə edir. Bu vəziyyət tam olaraq Qurandakı takiyə şərtinin yerinə yetirildiyi vəziyyətdir. Bu insan ciddi bir təhdid altında olmasından ötrü, iman gətirmiş olmasına baxmayaraq, imanını gizlədir. Qurana görə takiyə yalnız və yalnız belə tətbiq olunar. Hal-hazırda bəzi mövhumatçı zehniyyətlərin takiyə adı altındakı tətbiqləri və bu tətbiqləri İslama uyğun zənn edən bəzi İslam əleyhdarları, Qurandan uzaq olduqları üçün, sülh və sevginin də qarşısını almağa çalışırlar. Takiyənin Qurandakından fərqli qəbul edilməsi və həyata keçirilməsi hazırda dünyaya dəhşət gətirən müharibə və qarşıdurma mühitini bir cür dəstəkləyir. Bunu etməklə insanlara əsla sülhün bərqərar olunmayacağı təlqini verilir və kütləvi qırğınların, dəhşət ssenarilərinin davam edəcəyi söylənilir. Bu anlayış Qurana zidd olduğu kimi, məntiqi cəhətdən də ziddir. Bir müsəlmanın Allah rizası üçün bütün həyatını sülhün və qardaşlığın bərqərar olmasına, insanları özünə dost tutmağa həsr etdiyini, bundan ötrü müharibə tərəfdarları və radikallar tərəfindən müxtəlif təhdidlərlə üzləşdiyini, həyatını təhlükəyə atdığını, İslamofobiyanın dağıdıcı təsirini gözə alaraq xristianları və musəviləri dost olmağa razı saldığını, bu dostluq üçün vaxtını, pulunu, imkanlarını və gəncliyini sərf etdiyini... axırda isə, min bir əziyyətlə bir yerə topladığı və bütün çətinliklərə baxmayaraq, aralarında sevgi birliyi yaratdığı insanları bir anda qətl etməyə qərar verdiyini bir düşünün! Bu olduqca azğın bir dünyagörüşüdür. Əgər bir insan şeytani düşüncəyə sahibdirsə və insanları öldürməyi qərara almışdırsa, bunun üçün mühit və imkan tapmaqda, şübhəsiz ki, çətinlik çəkməz. Bu şeytani fikrini onsuz da hər şəraitdə tətbiq edə bilər. Əgər bunu din adından edəcəksə, onsuz da dini istədikləri kimi istifadə edib, qırğınlar törədən insanlar çox uzaqda deyillər. Müsəlman həyatını yalanla yaşamaz, bu haramdır. Əsil müsəlman həyatını daim Qurana görə yaşayar. Müsəlmanlar Quran ayələri əsasında, bu dünyaya sevgini gətirməklə (Məryəm surəsi, 96), bütün dünyada sülhü bərqərar etməklə (Bəqərə surəsi, 208) və birlik və həmrəyliyi hakim etməklə məsuldurlar (Ənfal surəsi, 73). İnkar edənləri belə qoruyub, lazım gəlsə bunun üçün özlərini təhlükəyə atmaqla əmr olunmuşdurlar (Tövbə surəsi, 6). Quranda xüsusi yerə sahib Kitab Əhli ilə isə, qardaş, dost və yaxın yoldaş olmaqla məsuldurlar. Onları qətl etmək və onları zorla öz dinlərinə qaytarmaq üçün deyil; onları sevdikləri, Allahın əmri olduğunu bildikləri və bir yerdə "Allah birdir" dedikləri üçün onlara qucaq açmaqla məsuldurlar. Takiyə anlayışından saxtakarca istifadə edən və müsəlmanlığı müharibə dini kimi göstərməyə çalışanlar, məkrli planlarında müvəffəqiyyət qazana bilməyəcəklər. Çünki məkrli planlar daima pozulmuş olaraq qurulur. Bütün müharibə ssenarilərinə baxmayaraq, üç dinin nümayəndələri bu dünyaya sülhü hakim edəcəklər. Çünki Allah mütləq haqqı üstün edər, sevgi və sülhü istəyər. İnsanları və bütün kainatı sevgi üçün yaratmışdır. Qurandan mövhumatçılar və İslam əleyhdarlarının musəvi əleyhdarlığına dəlil olaraq gətirməyə çalışdıqları Quran ayələrinin gerçək şərhlərini gördük. İndi isə, mövhumatçılarin musəvi əleyhdarlığını təlqin etmək üçün işlətdikləri və qeydsiz-şərtsiz inandıqları saxta hədisləri açıqlayaq:
Xristianlar və musəvilərlə bağlı saxta hədislər və Qurana görə izahları “Həddi büluğa çatmış musəvilərin öldürülməsi” iddiası Atiyyə əl-Qurazi belə dedi: "Banu-Quraysa döyüşü günü Rəsulullah (s.ə.v) tənasül üzvləri nahiyəsi tüklənmiş bütün musəvilərin öldürülməsini əmr etdi. Mən o vaxt hələ tüklənməmişdim. Mənim vəziyyətimi Rəsulullaha bildirdilər. Rəsulullah (s.ə.v) də məni buraxdı". (Ebu Davud, Tirmizi, Nesei, İbn Mace, İbn Hibban) Bu saxta hədislə, həddi büluğa çatmış bütün musəvilərin qətl edilməsi əmri verilmişdir. İslam dini, haqsız yerə insan öldürməyi almağı ən böyük cinayət sayan, səmimi musəviləri böyük mükafatla müjdələyən, sevgi və şəfqəti nəsihət edən bir dindir. Bir insanın "heç bir günahı olmadığı halda" (günahkar olsa belə, onu bağışlamaq əsasdır) sırf musəvi olduğu üçün, həddi büluğa çatdığı vaxt öldürülməsi qətiyyən İslam kimi bir sülh dininin hökmü ola bilməz. Əlbəttə ki, Quranda belə bir hökm yoxdur; belə bir açıqlama Qurana və uca Rəbbimizin bu gözəl dininə böhtan xüsusiyyəti daşıyır. Bu Qurana görə cinayət və qırğındır. Səmimi olub da cəhalət ucbatından inanmadığı müddətcə, belə saxta hədisi hökm kimi qəbul edib, tətbiq edən insan müsəlman deyil, qatildir. Allah səmimi musəviləri təriflədiyi halda, onların qeyd-şərtsiz qətl edilməsini əmr edən bir hökmə inanmaları, mövhumatçılarin cəhalətlərinin ölçüsünü göstərir.
“Müsəlmanların günahlarının musəvilərə yüklənməsi” iddiası "Qiyamət günü müsəlmanlar üzərlərində dağlar boyda günahlarla gələcəklər, Allah (c.c) onların bütün bu günahlarını bağışlayıb, musəvilərin üzərinə yükləyəcək". (Ramuz el-Hadis) Bu saxta hədisi Quranla cavablandıraq: Üzərlərində dağlar boyda günahlarla gələn bütün müsəlmanlar öz günahlarından, bütün musəvilər də öz günahlarından ötrü sorğu-sual olunacaqlar. Heç kəs, öz üzərindəki günahı başqasına yükləyə bilməyəcək, yalnız öz günahlarından ötrü sorğu-sual olunacaq. Allah Quranda bunu açıq şəkildə bildirmişdir: Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz... (İsra surəsi, 15) Digər bir Quran ayəsində Allah, öz günahını təqsirsiz birinin boynuna atmağa çalışan insan barədə də hökmünü də açıq şəkildə bildirmişdir: Kim xəta edər və ya günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü özünə böhtan atmış və açıq aydın günaha batmış olar. (Nisa surəsi, 112) Bütün insanlar axirətdə öz əməllərindən ötrü məsuliyyət daşıyacaq. Allahın bildirdiyi kimi; "Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara haqsızlıq edilməyəcəkdir" (Bəqərə surəsi, 281) ayəsinə görə heç kəs axirətdə haqsızlığa uğradılmayacaq. Heç kəs axirətdə, Rəbbimizin Qatında; "mənim günahlarımı o boynuna götürdü, ona görə günahsızam" deyə bilməyəcək, dünyada çəkinmədən davam etdirdiyi bu aldadıcı zehniyyəti orada davam etdirə bilməyəcəkdir. Çünki əslində bu iddianın saxta olduğunu hər kəs vicdani cəhətdən bilir.
“Yeməklərin musəvilər ucbatından zay olduğu” iddiası "Əgər İsrail oğulları olmasaydı, yeməklər turşumaz, ətlər xarab olmazdı". (Cami-üs Sağir) Saxta hədislərin necə bir zehniyyətdən meydana çıxdığını anlamaq və uydurma olduqlarını sübut etmək üçün, bu saxta hədis olduqca əhəmiyyətli bir dəlildir. Kitabın əvvəlindən bəri bəhs etdiyimiz saxta hədislər məhz bu zehniyyətin məhsuludur. Musəvilərin yer üzündə olmayacağı təqdirdə, yeməklərin zay, ətlərin isə xarab olmayacağını iddia edən zehniyyətdən qadınlara, heyvanlara, incəsənətə və bütün sosial həyata dair ürküdücü açıqlamaların meydana çıxması, əlbəttə ki, gözlənilən bir şeydir. Həmin bu saxta hədis, həmçinin musəvilərlə əlaqədar alçaldıcı və düşmən mahiyyətli hədislərin də uydurma və saxta olduğunun mühüm bir dəlilidir. Quranda adı keçən, təriflənən və hz. Musa (ə.s)-ın nəslidən gələn bir cəmiyyətin varlığının, yeməklərin turşumasına və ətlərdən iy gəlməsinə səbəb olduğunu açıqlayan bir inanc sistemi, şübhəsiz ki, qətiyyən bir haqq dinə aid ola bilməz. Həmçinin Rəbbimizin Quranda, Maidə surəsinin 5-ci ayəsində müsəlmanlara; musəvi və xristianların yeməklərini halal buyurduğu da xatırladılmalıdır. Burada qarşımıza Quranın zehniyyətindən fərqli və mövhumatçı bir dünyagörüşü çıxır. Qarşımıza çıxan bu böyük məntiqsizlik, mövhumatçılarin məntiqsizliklərini tam halda açıqlamaq üçün kifayətdir.
“Ərəb torpaqlarında iki din qalmasın” iddiası "Resullahın son sözlərindən biri, (Allah, musəvi və xristianları həlak etsin. Ərəb torpaqlarında iki din qalmasın) idi". (Beyheki) Bu uydurma hədis, yenə, Peyğəmbərimiz (s.ə.v)-ə atılmış böyük bir böhtandır. Uca Allah Quranda xristianlıq və musəvilik dinlərinin varlığından xəbər vermiş və Quranın bu iki haqq dini təsdiqləyici olaraq göndərildiyini bildirmişdir. Quran bu iki dinin hökmlərini qüvvədən salmır, bu dinləri təsdiqləyir. Bu əhəmiyyətli məlumat Quranın bir çox ayəsində verilmişdir, bu ayələrdən biri belədir: O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi. (Ali İmran surəsi, 3) Quran yenə, yer üzündə musəvi və xristianların olacağını və yuxarıdakı sətirlərdə bildirdiyimiz kimi, bunların bir hissəsinin, səmimi və Allahın seçdiyi bir cəmiyyət olacağını xəbər verir. Allah Quranda müsəlmanlara, xristian və musəvilərlə evlənməyi, onların süfrəsində yemək yeməyi halal etmişdir (Bu mövzu bir qədər sonra ətraflı şəkildə açıqlanacaq). Həmçinin uca Rəbbimiz, müsəlmanlara sevgi baxımından ən yaxın olanların "xristianlar" olduğunu bildirir. Allahın təriflədiyi, mükafatlandırdığı, varlığından xəbər verdiyi bu cəmiyyətlər olduğu halda; "Allah musəvi və xristianları həlak etsin" ifadəsinin Peyğəmbərimiz (s.ə.v)-in sözü olmadığı aydındır. Bunu Peyğəmbərimiz (s.ə.v)-in sözüymüş kimi yayanlar, bu böyük böhtandan ötrü günah qazanırlar. Həmin bu saxta hədis, Quranda Kitab Əhli ilə əlaqədar tərifləyici hökmlərlə və Peyğəmbərimiz (s.ə.v)-in Kitab Əhlinə dair tətbiqləriylə tamamilə təkzib edilir. Mövzuyla əlaqədar Quran ayələrinə və Peyğəmbərimiz (s.ə.v)-in tətbiqlərinə bir qədər sonra toxunacağıq.
Təhqir olaraq “ey Yəhudi”, savab olaraq “Yəhudiyə lənət” "Bir insan başqa bir insana (ey yəhudi) dediyi təqdirdə, ona 20 çubuq vurun". (Tirmizi) "Kimin kasıba verəcək pulu yoxdursa, Yəhudiyə lənət etsin, eyni savabı qazanar". (Deylemi, İbn-i Adiyy) Yenə bu saxta hədislərdə də "yəhudi" ifadəsi təhqir kimi göstərilməyə çalışılmış, musəviyə lənət etmək savab kimi qəbul edilmiş və musəvi nifrəti bu yolla yayılmaq istənilmişdir. Mövhumatçılarin niyə bu qədər fərqli din yaşadıqları aydındır. Səmimi musəvilərin axirətdə mükafatlandırılacaqlarını bildirən, səmimiyyətlərini tərifləyən Quran, bu insanların dünyasından tamamilə uzaqdır. Musəvi və xristian nifrətinin kökü, bu cəfəngiyatların insanlar üzərində yaydığı əqli pozğunluqdur. Mövhumatçılıq mövzusundakı şikayətlərini İslam əleyhdarlığı şəklində yaymağa çalışanların diqqət verməli olduqları ən böyük məsələ budur. Gerçək İslama və səmimi müsəlmanlara qarşı çıxdıqları vaxt, mövhumatçılığın zehniyyətini ortadan qaldıracaq yeganə böyük silahı yox etməyə çalışar, beləliklə də, özlərinə qayıdacaq bir fəlakəti hazırlayırlar.
“Yolun dar tərəfinə sıxışdırın” "Əbu Hüreyrə (r.ə)-dən Peyğəmbər (s.ə.v)-dən eşitmiş olaraq rəvayət edildiyinə görə Rəsulullah (s.ə.v) belə söyləmişdir: “Musəvilər və xristianlarla (rastlaşdığınızda) əvvəla siz salam verməyin. Yolda gedərkən onlardan birinə rast gəlsəniz, onu yolun dar tərəfinə sıxışdırın”. (Muslim, Buluğu'l Meram IV cild, CİHÂD BAHSİ, Cizye Ve Hüdne Babı»1335/1125- ([246])) Sevgini, nəzakəti və ən başda isə, kitab əhlini qorumağı öyrədən haqq bir dinin hökmlərinə qarşı uydurulmuş bu hədis böyük vəhşilik göstəricisi və yenə Peyğəmbərimiz (s.ə.v)-ə atılmış bir böhtandır. Quranın hökmlərinə uyğun olaraq, musəvi və xristianlara qarşı fövqəladə şəfqət və sevgi göstərmiş Peyğəmbərimiz (s.ə.v)-in tətbiqləriylə tamamilə ziddiyyət təşkil edən bu məntiq, bu saxta hədis vasitəsilə Peyğəmbərimiz (s.ə.v)-in sözüymüş kimi çatdırılır.
“Musəvi ağacı qarqat” "Belə ki, Musəvilər daşların və ağacların arxasında gizlənəcək, amma ağac və daşlar dilə gələrək “ey müsəlman! Ey Allah (c.c)-ın qulu! Gəl, bax mənim arxamda musəvi var, burada gizləndi, mənim arxamda, gəl onu cəzalandır” deyəcək. Bunu təkcə “qarqat” ağacı söyləməyəcək, çünki o musəvi ağacıdır” deyə buyurulmuşdur. (Kitab-ul Fiten H. 2239) Musəvi əleyhdarlığı mövzusunda, bəlkə də, ən çox istifadə edilmiş hədis, qarqat ağacı ilə əlaqədar olan bu saxta hədisdir. Bu hədisə görə bir musəvi daşın və ya ağacın arxasında gizləndiyi təqdirdə öldürülməlidir. Bu çürük məntiqə görə həmin bu musəvi günahsız biri, bir uşaq, dindar və ya sevgi dolu biri ola bilər. Yenə bu saxta hədisə görə, ağacın arxasında xüsusiyyətlərindən asılı olmayaraq, hər hansı bir musəvi gizləndiyi vaxt, daş və ağac bir şəkildə bunu hər hansı müsəlmana çatdırır və o musəvi də kimliyindən asılı olmayaraq, mütləq öldürülür. Kiçik bir uşaq olsa belə... Halbuki bu, Qurana görə cinayətdir. Özünü müsəlman sayan bir insan saxta hədislərə inanıb da; "ağac mənə əmr elədi" deyib ağacın arxasındakı musəvini öldürsə, öldürülən musəvi cənnətə gedə bilər, amma özü tövbə etmədiyi müddətcə axirətdə cinayət işlədiyindən ötrü cəzalandırılar. Üstəlik, bu, elə dəhşətamiz sistemdir ki, belə bir yalana inananlar asanlıqla "daş mənə əmr verdi" və ya "ağac mənə xəbər verdi" kimi saxtakarlıqlarla ortaya çıxa bilər və rahatlıqla qırğın törədə bilərlər. Bunu niyə etdikləri soruşulduqda isə, daşın verdiyi əmri göstərə bilərlər. Belə saxtakar bir sistemdə onları sorğu-sual edən biri də olmayacaq. Onsuz da sistemləri Qurana görə işləmir. Sistemləri; öldürməyi, alçaltmağı, bir kənara sıxışdırmağı mübah görən bir sistemdir. Halbuki Allah Quranda onların bu saxtakar sistemlərini alçaldır: Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz? Məgər heç öyüd alıb düşünmürsünüz? Yoxsa sizin aydın bir dəliliniz vardır? Əgər doğru deyirsinizsə, kitabınızı gətirin! (Saffat surəsi, 154-157) İndi isə musəvilər və xristianlarla əlaqədar uydurulmuş bu hədislərin Quranla və Peyğəmbərimiz (s.ə.v)-in tətbiqləriylə necə təkzib olunduğunu görək:
Quranda kitab əhlinə verilən dəyər Müsəlmanlar kitab əhli ilə evlənə bilərlər, onların yeməkləri müsəlmanlara, müsəlmanların yeməkləri də onlara halaldır: Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin (musəvi və xristianların) yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli və azad mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin (musəvi və xristianların) azad və ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5) Bu ayə, çox müxtəlif və əhəmiyyətli təfərrüatlarla kitab əhlinin müsəlmanlar üçün dəyərini açıqlayan bir ayədir. Bu ayənin hökmünə görə müsəlman bir kişiyə, kitab əhlindən olan qadınlarla evlənə bilmək haqqı verilmişdir. Buradakı haqq əhəmiyyətli bir haqqdır, çünki Quranın; "murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz və əməlisaleh qadınlar təmiz və əməlisaleh kişilərə, təmiz və əməlisaleh kişilər də təmiz və əməlisaleh qadınlara layiqdirlər..." (Nur surəsi, 26) əmrindən ötrü müsəlmanlar təmiz və yaxşı insanlarla evlənməklə məsuldurlar. Bu hökmlə musəvi və xristianların təmiz və yaxşı insanlar olduqlarına dair mühüm bir işarə verilmişdir. Bununla yanaşı, bu ayə ilə bildirilən mühüm bir xüsus var. Bir müsəlman, musəvi və ya xristian qadını həyat yoldaşı olaraq alır, ona; "arvadım, həyat yoldaşım, sevgilim" deyə xitab edir, onunla ailə həyatı qurur, bütün ömrünü onunla birlikdə keçirir, hətta axirətdə də əbədi həyatını onunla birlikdə keçirməyə niyyət edir. Bu insan, bütün dünya həyatı boyu bütün çətinlikləri, gözəllikləri bölüşdüyü yeganə insan olur. Xəstələndiklərində bir-birlərinə baxır və bir-birlərinə etibar edirlər. Mövhumatçılarin ölçüsünə görə bir insan; "sevgilim" dediyi, ömrünü birlikdə keçirdiyi, öz canını əmanət etdiyi, öz uşaqlarının anası olan bir insana, xristian və ya musəvi olduğu üçün qəflətən düşmən kəsilərək, onu lənətləndiyinimi deyəcək? Bütün həyatını onunla keçirdikdən sonra bir gün; "bu ağac mənə xəbər verdi, arvadım bir musəvidir və onun arxasında gizlənir" deyib onu qətlə yetirməyə mi qərar verəcək? Bir insan bunu ancaq, əqli çatışmazlıqdan əziyyət çəkdikdə edə bilər. Qurana tabe olan, ağlı başında bir müsəlman üçün musəvilərə və xristianlara göstərəcəyi sevgi ölçüsü bu ayədə bildirilmişdir. Ayədə həmçinin müsəlmanlara əhəmiyyətli bir haqq da verilir: Kitab əhlinin yeməyindən yemək haqqı. Bu mühüm bir xüsusdur, çünki məlum olduğu kimi, müsəlmanlar özlərinə haram buyurulmuş bəzi yeməkləri yeməməyə diqqət göstərməlidirlər. Bu yeməklərdən bəziləri donuz əti və Allahdan başqası üçün kəsilmiş heyvanlardır. Musəvi və xristianların yeməklərinin müsəlmanlara halal buyurulması, bu insanların etibarlı olduğuna dair zəmanətdir. Bu musəvi və xristianlara da aiddir, həmçinin ayənin hökmünə görə müsəlmanların yeməkləri də onlara halal buyurulmuşdur. Burada həmçinin digər bir dostluq ifadəsinə də diqqət çəkilməlidir. Kitab əhli və müsəlmanlar yemək yeyilən eyni bir mühitdə ola bilir, bir-birlərinin qonağı ola bilir, eyni süfrə başında əyləşə bilir və bir-birlərini qonaq qəbul edə bilirlər. Burada dostluq əlaqəsi təsvir edilir. Kinə, öldürməyə əsaslanan nifrət mühiti deyil, sevgi, dostluq və qardaşlıq mühiti təsvir edilir. Bu ayədə keçən hökmlər bir mövhumatçının əsla yanaşmayacağı və əsla qəbul etməyəcəyi hökmlərdir. Quranla verilmiş bu haqq mövhumatçılarin dünyasında həm haram, həm də dəhşətli bir ssenaridir. Bir mövhumatçıdan, kitab əhlindən bir insanla evlənməyin və ya onun qonağı olaraq süfrəsindən yemək yeməyin mümkün olub olmadığı soruşulsa, bunu hiddətlə rədd edəcəkdir. Aydındır ki, mövhumatçılarin hökmləri Qurandan deyil, çünki hökm qoyanın Quran olduğunu qəbul etmirlər. Kitab əhlinin mövqeyini təkcə bu ayə açıqlamır. Allah Quranda kitab əhlindən olan bəzi insanları tərifləyir. Mövzuyla əlaqədar ayələr bu cürdür: Musanın qövmündən elə bir camaat vardır ki, insanları haqqa yönəldir və onun sayəsində ədalətlə hökm verirlər. (Əraf surəsi, 159) Hamısı eyni cür deyillər. Kitab əhli içərisində elə bir camaat vardır ki, onlar gecələri ayaq üstə durub Allahın ayələrini oxuyaraq səcdəyə qapanarlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlərdə yarışırlar. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali İmran surəsi, 113-115) Həqiqətən, Kitab əhlindən elələri də var ki, həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə (Allaha böyük hörmət göstərərək) iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali İmran surəsi, 199) Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara Quran oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!” deyirlər. (Qəsas surəsi, 52- 53) Lakin onlardan (musəvilərdən) elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olana inanır, dosdoğru namaz qılır, zəkat verir, Allaha və Axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 162) Şübhəsiz ki, iman gətirənlərin, musəvi, xristian və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62) İman gətirənlərin, habelə musəvi, sabii və xristianlardan Allaha və Axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Maidə surəsi, 69) “Biz xristianlarıq!” deyənləri isə sevgi baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməlisaleh camaatın arasına daxil edəcəyinə ümid edirik”. Belə dediklərinə görə də Allah onları ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur. (Maidə surəsi, 82-85) Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki etibarlı nəzarətçi təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb, müdafiə edib, yardım etsəniz və kasıblara könüllü yardım etməklə Allaha gözəl bir borc versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra inkar etsə, bilsin ki, artıq o, doğru yoldan azmışdır”. (Maidə surəsi, 12) Ayələrdən, səmimi və əməlisaleh musəvi və xristianların, Quranda gözəl sözlərlə tərifləndiyini və Allah tərəfindən mükafatla müjdələndiklərini çox açıq şəkildə başa düşmək olur. Allah bu insanları cənnətinə alacağını bildirir. Bu Allahın həmin bu insanlara sevgi ifadəsidir. Bir müsəlman Allahın sevdiyi, cənnətinə qəbul etdiyi, razı qaldığı bir insana, necə düşmən ola bilər? Qurana görə ola bilməz. Qurana görə belə bir düşmənçilik günahdır. Dolayısilə mövhumatçılar Quran ayələrinə məhəl qoymamaqla, saxta hədisləri özlərinə rəhbər tutmaqla, kitab əhli düşmənçiliyini yaymaqla, İslama görə günah işləyirlər.
Müsəlmanların kitab əhlini dəvət etməsi İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona təslim olmuşuq”. (Ənkəbut surəsi, 46) De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə (tövhidə) gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran surəsi, 64) Bu ayələrdən göründüyü kimi, müsəlmanların vəzifəsi Kitab Əhlini pisləmək, küncə sıxışdırmaq, onlara kin bəsləmək, hətta onları öldürmək deyil; onları yalnız gözəl şəkildə Allahın birliyinə çağırmaqdır. Tövhid inancı, hər üç dində də təməl inancdır. Müsəlmanlar, Kitab Əhli ilə görüşüb müzakirələr aparır, onlara təbliğ edir, onları Allahın birliyinə və endirilən bütün haqq kitablara inanmağa dəvət edirlər. Aralarında əlaqə, təbliğ və dostluq var. Bir müsəlman Qurana görə, bir musəvi və ya xristian gördüyündə, küncə sıxışdırıb, itələyib kobudluq etməklə deyil, onunla ən gözəl tərzdə danışmaq və yenə onu gözəl şəkildə Allahın birliyinə çağırmaqla borcludur.
Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir. (Mumtəhənə surəsi, 8) Daha əvvəl qeyd etdiyimiz kimi, musəvi, xristian və ya müsəlman, yaxud da hər hansı cəmiyyətdən çıxmasından asılı olmayaraq, din uğrunda iman edənlərlə vuruşan, problem çıxardan, öldürməyə cürət edən, iman edənləri yaşadıqları yerlərdən qovub çıxartmağa yönələn azğın insanlar daima Quranda pislənilir və alçaldılırlar. Lakin yerdə qalanlara, yəni zülm etməyən insanlara qarşı isə, müsəlmanlar mütləq ədalətli davranmaqla vəzifəlidirlər. Bəzən ədalət, insanın öz əleyhinə də davranmasını tələb edə bilər. Öz əleyhinə belə olsa, ədalətli olmaq fəzilətdir. Müsəlmanlar, məhz bu fəziləti Allahın əmri olaraq yerinə yetirirlər. Bu öhdəlik, digər bir ayədə belə ifadə edilmişdir: Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun... (Nisa surəsi, 135) Bu hökmün tələbindən ötrü, müsəlmanlar, bəzən öz haqqlarını bir kənara qoyaraq, musəvi və xristianların haqqlarını, hətta dinsizlərin haqqlarını belə müdafiə edirlər. Dolayısilə Qurandakı ədalət sistemi; "musəvilərə lənət edənin savab qazanacağını" iddia edən azğın mövhumatçı anlayışa tam mənasıyla ziddir. Quranda kitab əhlinin mövqeyi açıq şəkildə bildirilmişdir. Bu fəsildə nümunə verdiyimiz saxta hədislər, bilavasitə Quranla ziddiyyət təşkil edir. Bunu Peyğəmbərimiz (s.ə.v)-in tətbiqlərində və onun tətbiqlərini nümunə götürən, bütün digər müsəlmanlarda açıq şəkildə görmək mümkündür:
Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri · Peyğəmbərimiz (s.ə.v)-in, kitab süfrələrinin başında əyləşdiyinə, xəstələrini baş çəkdiyinə və onlara nemətlər ikram etdiyinə əhlinin toy dair rəvayətlər var. · Hz. Məhəmməd (s.ə.v) nəcran xristianları yanına gəldikdə oturmaları üçün abasını yerə sərmiş, onları bu şəkildə qonaq qəbul etmişdir. · Peyğəmbərimiz (s.ə.v)-in xanımlarından biri Misirdən gələn xristianlardan Mariya binti Şemun (r.ə) idi. · Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarından hz. Səfiyyə anamız isə, Hüyey ibn Axtab adında Mədinədəki musəvilərdən Madıroğulları qəbiləsi rəisinin qızı idi. · Hz. Məhəmməd (s.ə.v), Əvs və Xəzrəc qəbilələri ilə bağlanılan Mədinə müqaviləsinə musəvilərin də qoşulmasına icazə vermiş və beləliklə, musəvilərin də müsəlmanlar arasında, ayrı bir dini qrup olaraq varlıqlarını davam etdirmələrini təmin etmişdir. · Mədinə müqaviləsinə qoşulan "bəni-əfv musəviləri, iman gətirənlərlə birlikdə bir xalq meydana gətirdilər. Musəvilərin dini özlərinə, müsəlmanların dini də özlərinədir" hökmüylə, müsəlmanların musəvilərin və inanclarına göstərdikləri anlayışın təməli Peyğəmbərimiz (s.ə.v)-in dövründə atılmışdır. Mədinə müqaviləsinin 26-33-cü maddələrində kitab əhlindən olan vətəndaşların müsəlmanlarla eyni hüquqlara sahib olduqları, 16-cı maddədə isə onlara haqsızlıq edilə bilməyəcəyi ifadə edilir. · Peyğəmbərimiz (s.ə.v) 630-cu ildə, müsəlman olduqlarını bildirmək üçün Mədinəyə gələn Himyar hökmdarının elçilərinə bu təlimatı vermişdir: "Bir musəvi və ya bir xristian, müsəlman olduqları təqdirdə, möminlərdən olarlar (onlarla eyni hüquqlara sahibdirlər). Kim musəvi və ya xristian qalmaq istəyirsə, ona müdaxilə edilə bilməz". (İbn Hişâm, es-Sîre, II, 586) · Nəcran xristianları Mədinəyə altmış nəfərlik heyət göndərdilər. Mədinəyə çatan Nəcran heyəti, məsciddə Peyğəmbərimiz (s.ə.v)-in hüzuruna çıxdılar, ibadət vaxtları gəldiyi zaman məsciddə ibadət etmək istədilər, səhabələr buna etiraz etdi, lkain Allahın elçisi məscidi onların ixtiyarına verdi. Onlar da şərqə dönərək ibadətlərini yerinə yetirdilər. (İbn Hişam, es-Sire, Beyrut ts., I,573-574; Hamîdullah, İslâm Peygamberi, I,619-620) · Peyğəmbərimiz (s.ə.v) dövründə musəvi və xristianlara verilən əmannamələrlə (düşmənə verilən, əmniyyətdə olduqlarını bildirən kağız) kitab əhlinin hüquqları zəmanət altına alınmışdır. Sonrakı dövrlərdə hər hansı anlaşmazlıq yarandıqda kitab əhli bu əmannamələri göstərmişdir. Məsələn, Dəməşqli xristianlar yaranmış bir problemdən ötrü, özlərinə verilmiş əmannamələri o dövrün xəlifəsi olan hz. Ömərə təqdim edərək, çıxış yolu tələb etdikləri tarix kitablarında qeyd olunan bir məlumatdır. · Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in, xristian olan İbn Harris ibn Kab və qövmünə yazdırdığı müqavilə mətnində: "Şərqdə və Qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, namusu və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Xristianlıq dinini yaşayanlardan heç kəs, İslamı qəbul etməyə məcbur edilməyəcək. Xristianlardan biri hər hansı cinayətə və ya haqsızlığa məruz qalsa, müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər" maddələrini yazdırmışdır. · Peyğəmbərimiz (s.ə.v) tərəfindən Edruh, Makna, Heybər, Nəcran və Akabeli Kitab əhlinə verilən bəraətlar, müsəlmanların kitab əhlinin can və mal təhlükəsizliyini zəmanət altına aldıqlarını və onlara inanc və ibadət azadlığı haqqı tanıdıqlarını göstərir. · Peyğəmbərimiz (s.ə.v) təbliğə başladığı zaman, ilk dəfə Məkkədə bəzi xristianlarla qarşılaşmışdı. Hətta özünə vəhy gəlməyə başladığı ilk günlərində hz. Xədicə və Peyğəmbərimiz (s.ə.v)-lə ilk danışanlardan biri Varaqa ibn Nofəl də İncilin əl yazmalarına sahib bir xristiandı. (Buhârî, Bedu'l- Vahy 3) · Xəlifələr dövründə dağılan kilsələr müsəlmanlar tərəfindən bərpa edilir, yeni sinaqoqların və monastırların inşasına icazə verilirdi. Məsələn, Ktesifonun xaricində yerləşən və əvvəllər Patriarx Mar Amme tərəfindən yandırılmış St. Sergius monastırı, hz. Osmanın dövründə yenidən inşa edilmişdir. · Suriyanın fəthindən sonra Şamdakı Əziz Con kilsəsində, müsəlmanlar cümə namazlarını qılırdı, xristianlar da bazar günləri öz dini ibadətlərini sərbəst şəkildə yerinə yetirirdilər. Hər iki dinin mənsubları, eyni məsciddən sülh içində istifadə edirdilər. · Səhabələr səfərlərə çıxdıqları və ya səfərləri əsnasında getdikləri yol üzərində yerləşən monastırlarda qalırdılar, kitab əhli ilə bağlanılmış müqavilələrdə bu məsələyə dair maddələr vardı.
Quranda İncil və Tövrat Bir müsəlman, göndərilmiş bütün peyğəmbərlərə və göndərilmiş bütün haqq kitablara inanmaq məcburiyyətindədir. Peyğəmbərlər arasında fərq qoymamaq, müsəlmanlığın Quranda bildirilən hökmüdür və bu hökmə riayət etməyən, ayənin hökmünə tabe olmamış və dindən çıxmış sayılır. Məhz bundan ötrü də, müsəlmanlar olaraq hz. Məhəmməd (s.ə.v) necə bizim peyğəmbərimizdirsə, hz. İsa (ə.s) və hz. Musa (ə.s) da bizim peyğəmbərlərimizdir. Biz necə müsəlmanıqsa, eyni zamanda xristian və musəvilərik. Bu, müsəlmanlığın ən əhəmiyyətli şərtlərindən biridir. Quranda musəvilər və xristianlardan bəhs edildiyi kimi, Tövrat və İncildən də bəhs edilir. Allah bu haqq kitabları Quranda tərifləmişdir. Daha əvvəl də qeyd etdiyimiz kimi, Quranın endirilmə səbəbi bu haqq kitabların hökmünü ortadan qaldırmaq deyil, onları "təsdiqləməkdir". Hər nə qədər bu kitablarda vaxt keçdikcə yanlış şərh olunmuş hissələr ortaya çıxsa da, Quranla üst-üstə düşən hissələr yenə Quranla təsdiqlənmişdir. Bir çox ayədə ifadə edilən bu hökm Quranda açıq şəkildə bildirilmişdir: O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi. (Ali İmran surəsi, 3) Məhz bundan ötrü də, biz müsəlmanlar, Quranı rəhbər tutaraq bu haqq kitabların Allahın qatından endirildiyinə inanmaqla məsuluq. Quranla təsdiqlənmiş hər hökm, tətbiq və söz, müsəlmanlar üçün hidayət rəhbəridir. Quranın təriflədiyi haqq kitabları, bir mövhumatçının saxta hədisləri dəlil göstərərək etibarsız sayması, İslamda qəbul edilə bilməz. Əsil müsəlmanların rəhbəri Qurandır və Quranda Tövrat və İncil barədə bu hökmlər verilir: Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136) Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər musəvilər üçün bununla, rəbbanilər və əhbarlara Allahın Kitabını qorumaq vəzifəsi verildiyindən və ona şahid olduqlarından, onunla hökm verirdilər. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir. (Maidə surəsi, 44) Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46) Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, əvvəlkiləri təsdiq edən bir Kitabdır. (Əhqaf surəsi, 12) O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi - daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Haqqı batildən ayıranı (Furqanı) da O nazil etdi... (Ali İmran surəsi, 3-4) Qoy İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir. (Maidə surəsi, 47) Bu, şəhərlər anası (Məkkəni) və onun ətrafındakıları xəbərdar etməyin üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar. (Ənam surəsi, 92) Onlar: “Allah insana heç bir şey nazil etməmişdir” deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!” de, sonra da onları burax ki, gördükləri boş işlərlə əylənsinlər. (Ənam surəsi, 91) Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. (Maidə surəsi, 48) Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar başları üstündə və ayaqları altında olan nemətlərdən yeyərdilər. Onların arasında həddini aşmayan (mötədil) bir camaat vardır. Lakin onların çoxunun etdiyi əməllər necə də pisdir. (Maidə surəsi, 66) Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün bəsirətlər, doğru yol göstəricisi və rəhmət olaraq Kitab (Tövrat) verdik ki, bəlkə, düşünüb öyüd alsınlar. (Qəsas surəsi, 43) Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik! (Əhqaf surəsi, 30) Həqiqətən, Kitab əhlindən elələri də var ki, həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə (Allaha böyük hörmət göstərərək) iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali İmran surəsi, 199) Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin. (Ali İmran surəsi, 50) ...Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müxtəlif formalarda izah edəndir; iman gətirəcək bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111) Allah Quranda Tövratı; "bir nur və hidayət", "bəsirət və rəhmətə qovuşduracaq bir rəhbər" olaraq xarakterizə edir. Allah Quranda İncili isə; "içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət" olaraq xarakterizə edir. Səhih Tövrat və İncil, bir nur və hidayət rəhbəri olaraq təriflənir. Bu, Quranın hökmüdür. Bundan ayrı hökm gətirənlər və özləri üçün bu haqq kitabları etibarsız hesab edənlər, açıq şəkildə görüldüyü kimi yalan danışırlar. Bunu, Peyğəmbərimiz (s.ə.v)-in tətbiqlərindən də anlamaq mümkündür:
Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri Müslim belə nəql etmişdir: "Əbu Hüreyrənin şahidliyi ilə, hz. Peyğəmbər (s.ə.v)-in sözünü nəql etmişdir; hz. Məhəmməd (s.ə.v) əvvəllər belə demişdir: “Kitab əhlindən olanlar Tövratı ivrit dilində oxuyurdular və müsəlmanlar üçün ərəb dilinə tərcümə edirdilər”” (Mişkatu'l Masabih, 1-ci kitab, 6-cı hissə, səh. 42) "Əl-Hafiz əl-Zəhəbi belə yazır: “Musəvilikdən imtina edib İslam dinini qəbul edən Abdullah İbn Salam hz. Peyğəmbər (s.ə.v)-in yanına gəldi və ona: “(Dünən gecə) Quranı və Tövratı oxudum” dedi. Rəsullullah (s.ə.v) də ona belə cavab verdi: “Bunu bir gecə oxu və digərini də başqa bir gecə oxu”. (al-Thalabi, Al-İman al-Thalabi Tathkarar al-Huffadh, I cild, səh. 27) "Hz. Məhəmməd (s.ə.v)-in yaxın ətrafından Abdullah İbn Əmr, tez-tez Tövrat oxuyurmuş. Bir gecə yuxusunda bir əlində bal, digərində isə, yağ tutduğunu, bəzən bal tutan əlindən, bəzən də yağ tutan əlindən yediyini görür. Abdullah İbn Əmr yuxusunu hz. Məhəmməd (s.ə.v)-ə danışır. Hz. Məhəmməd (s.ə.v) də, Abdullahın yuxusunu iki Kitab, yəni bəzən Tövrat bəzən də Quranı oxuması şəklində yozur". (Buhârî, Sahîh-i Buhârî, VI cild, 987. hadis, səh. 439) Əbu Səid əl-Xudridən belə rəvayət olunur: “Peyğəmbərimiz (s.ə.v)-ə: "Ey Allahın elçisi! İsrail oğullarından məlumatlar alıb əlavələr edə bilərikmi?" dedik. O da belə buyurdu: "Bəli, İsrail oğullarından da məlumatlar alıb əlavələr edə bilərsiniz, bunda problem yoxdur. Onlardan məlumatlar alıb əlavələr etsəniz, bilin ki, yanlarında daha maraqlı məlumatlar vardır". (Hanbel, Müsned, 111/12, hadis no:11034)
Qurana görə musəvilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var Ümumiyyətlə bəzi müsəlman cəmiyyətlər, Quran ayələrini bilmədiklərindən və İslam dini barədəki məlumatları olduqca az olduğundan musəviləri müqəddəs torpaqlardan uzaqlaşdırmaq və ya oradakı İsrail dövlətini xəritədən silmək kimi təhdidlərlə ortaya çıxırlar. Halbuki bu insanlar bunu etməklə, Qurana zidd hərəkət etdiklərindən xəbərsizdirlər. Qurana görə, musəvilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var. Bu mövzudakı Quran ayələri bu cürdür: O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”. (Maidə surəsi, 21) Bundan sonra İsrail oğullarına: “O torpaqda (yurdda) yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı toplayacağıq” dedik. (İsra surəsi, 104) Quran ayələrində açıq şəkildə göründüyü kimi, musəvilər Tövrata görə olduğu kimi, Qurana görə də müqəddəs torpaqlarda yaşamalıdırlar. Onsuz da musəvilərin müqəddəs torpaqlarda yaşamaları gözəl şeydir, həqiqi müsəlmanlar üçün sevinc vəsiləsidir. Allahın 3000 illik vədinin reallaşdığını görmək, hz. İbrahim (ə.s) və hz. Musa (ə.s)-ın söylədiklərinin gerçəkləşdiyinə şahidlik etmək, çox böyük bir müjdədir. Allah minlərlə il bundan əvvəl; "musəvilər o torpaqlarda yaşayacaqlar" demişdir və biz bu möcüzənin hal-hazırda reallaşdığını görürük. Bu, həyəcanla izlənilməli və sevinilməli olan, çox fövqəladə bir gözəllikdir. Burada bunun qeyd olunması çox böyük əhəmiyyət daşıyır. Allah Quranda və Tövratda gerçək iman sahiblərinə bir şərt qoymuşdur: "Sülh". Musəvilər müqəddəs torpaqlarda yaşayacaqlar, müsəlmanlar və xristianlar da yaşayacaqlar. Onlar birlikdə bu bölgədə sülhü və sevgini bərqərar edəcəklər. Qardaşlıq içində yaşayacaqlar. Hamıya bölgədəki torpaqlardan böyük pay çatar. Heç kəs sürgün edilməyəcək, evini-yurdunu tərk etməyəcək, belə bir şey yaşanmayacaqdır. Allah daima hamımızın sülh içində yaşamasını istəyər. Sülhün bərqərar olunması üçün də, torpaq hərisliyi bitməli, düşmənçilik ortadan qalxmalı və mövhumatçılığın saxta zehniyyəti qəti surətdə yox edilməlidir. Bütün bunlar üçün haqq dinlərə, din əxlaqına, dindarlara və Qurana ehtiyac var. Torpaq və ya ideologiya hərisliyindən ötrü yaşanan qarşıdurmalar daim böyüyüb qorxunc hal almağa məhkumdur. Bu problemi isə, Quranı mənbə göstərərək gerçək din anlayışını öyrədən doğru təhsil aradan qaldıra bilər. Belə təhsil bütün yanlışlıqları aradan qaldırar, bütün düşmənçilikləri yox edər. Zehniyyəti dəyişən bir insan düşmənçilik və ya müharibə üçün, əsla səbəb tapa bilməyəcək. Bunun tək yolu isə təhsildir.
|
Copyright © 2016 Design Studio 313 Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır. |