Mövhumatçıların problemi, dinlərini xurafatlardan öyrənmələridir. Son söz Hal-hazırda bütün dünyanı, yer üzünün ən şərq nöqtəsindən ən qərb nöqtəsinə qədər hər yanı əhatə edən radikalizm bəlası bürümüşdür. Bu problem ilk əlamətlərini göstərdikdə, bir çox Qərb ölkəsi asanlıqla bunun öhdəsindən gələcəyini zənn etmişdi. Amma belə olmadı. Çünki radikal İslam, saxta hədislər sayəsində ayaqda qalan inanc formasıdır və İslam ölkələrinin və İslam alimlərinin böyük hissəsi (vəhşilik və müharibəni qınasalar) bu saxta hədislərin doğru olduğuna inanırlar. Dolayısilə bu ölkələr və alimlərin radikal İslama həll gətirməsi çətin məsələdir. Radikalizmə həll gətirmək üçün, istifadə olunan hərbi müdaxilə metodu isə, indiyə qədər dəfələrlə sınanmış, hər dəfə müvəffəqiyyətsiz olmuş, minlərlə günahsız insanı qətlə yetirmiş, evsiz və yurdsuz qoymuş, ölkələri ciddi qeyri-stabil vəziyyətlərə sürükləmiş olduqca zəif və ağılsız bir metoddur. Silahlı radikalların xüsusiyyəti, silahı yaxşı işlətmə bacarığı deyil, yanlış ideologiya əsasında hərəkət etmələridir. Onların yanlış ideologiyası ilə heç maraqlanmayıb, təkcə insanları qətlə yetirməklə çıxış yolu axtarmağa çalışmaq, dünyanı daha böyük fəlakətlərə sürükləyəcək və radikalları isə, daha da gücləndirəcək. Necə ki, indiyə qədər də belə olmuşdur. Demək olar ki, bütün İslam aləmini bürümüş bu dəhşətli və təhlükəli inanc sistemini yox etməyin yeganə yolu həqiqi İslamdır. Başqa heç bir razı salma üsulu, heç bir silah, heç bir təhdid bu problemin çıxış yolu deyil. Bu problemə gerçək İslamdan başqa, heç bir çıxış yolu yoxdur. Həqiqətən radikalizmə çarə tapmaq istəyənlər, İslamı ittiham edən rəftar və təşəbbüslərdən, sona çatmayan şübhələrdən uzaq dayanmaqla ilk addımı atmalıdırlar. Quranla danışan insanları dinləməlidirlər. Bu insanlarla birləşərək dünyaya həqiqətin çatdırılması üçün səfərbər olmalıdırlar. "Məgər gücümüz çatarmı?" deyərək zəiflik və ümidsizlik göstərməməli, radikal qrupların yalnız ictimai media vasitəsilə dünyanın dörd bir tərəfində yanlış fikirlərini yayaraq özlərinə tərəfdar topladıqlarını unutmamalıdırlar. Gerçək məlumatın özünə daha sürətli yayılma məkanı tapacağını xatırlamalı və vaxt itirmədən daha güclü bir ideoloji yayılma strategiyası müəyyənləşdirməlidirlər. Bunu təkrar xatırladaq: Bunu ancaq, mövhumatlardan təmizlənmiş gerçək İslama tabe olan Quran müsəlmanları vasitəsilə edə bilərlər. Kitabın əvvəlində xatırlatdığımız mühüm bir həqiqəti təkrar xatırladaq. Müdafiə etdiyimiz İslam dini, vaxt keçdikcə modernizasiya edilmiş və ya mülayimləşdirilmiş bir İslam dini deyil (İslam dinini tənzih edirik). Müdafiə etdiyimiz İslam dini, Quranda bildirilən yeganə doğru İslam dinidir. Dünyada sülh və əmin-amanlığın yaranaması üçün, İslam aləminin böyük hissəsinin unutduğu gerçək İslamı yenidən yaratmaq məcburiyyətindəyik. Zorakılığa zorakılıqla qarşılıq verənlər və ya radikalların tətbiqləri ucbatından İslamsız bir dünya xəyalını quranlar daim radikalları bilmədən daha çox dəstəkləyəcək və daha böyük vəhşiliklə qarşılaşacaqlar. Bu insanlar bunu bilməlidirlər; dünya qətiyyən İslamsız olmaz. Dünyaya həsrətlə gözlənilən sevgi və sülhün gəlməsi, ancaq və ancaq İslam vəsiləsi ilə mümkün olar. Bunun üçün əlimizdə heç bir dəyişikliyə uğramamış İslamın haqq kitabı Quran var. Edilməsi lazım olan tək şey, Quranla təhsil verməkdir.
|
Copyright © 2016 Design Studio 313 Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır. |